RU

Türkiyə mətbuatı, 24 sentyabr 2024

 

“Star”: Türk Evində diplomatik görüşlər

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarında diplomatik görüşlər keçirib. Türk Evində Ərdoğan Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Karim Xan, Küveyt vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Sabah, İran prezidenti Məsud Pəzəşkiyan və Almaniya kansleri Olaf Şoltsu qəbul edib.

“Hürriyet”: Hakan Fidan BMT-də danışdı: “Dünya beşdən böyükdür”

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının (BMT) Gələcəyin Zirvəsi İclasında açıqlamalar verdi. "Dünya 5-dən böyükdür" deyən nazir Fidan BMT-də qərar qəbuletmə mexanizmlərinin daha demokratik hala gətirilməsi və qütbləşmənin qarşısını alacaq vasitələrin inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.

“Yeni Şafak”: Müdafiə sektorunda dövriyyə 15 milyard dolları keçib

  Türkiyənin müdafiə sənayesi son illərdə göstərdiyi uğurlu fəaliyyətlə diqqət çəkməyə davam edir. Sektorun illik dövriyyəsi 2014-cü ildə 5,1 milyard dollar səviyyəsində ikən, 2023-cü ilin sonunda təxminən üç dəfə artaraq 15 milyard dolları keçib.

“Haber Türk”: S&P: “Türkiyə noyabrda yeni reytinq artımı ala bilər”

Bu il üç böyük beynəlxalq kredit reytinq agentliyindən müsbət göstərici alan yeganə ölkə kimi Türkiyənin noyabr ayında “Standard & Poor’s Global Ratings”dən yeni reytinq artımı alması gözlənilir.

“Sabah”: Türkiyə məşğulluqda rekordlar qırmağa davam edir

  Türkiyə Əmək və sosial müdafiə naziri Vedat İşıkhan məşğulluq yaradan böyümə üçün lazımi bütün addımların atılmağa davam etdiyini vurğulayıb. Nazir İşıkhan “Məşğulluqda ardıcıl rekordlar qırırıq” deyib.



Избранный
2
trt.net.tr

1Источники