RU

Güləşçilərimiz Minskdən 8 medal gətiriblər

Azərbaycanın sərbəst güləşçiləri Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turnirində uğurla çıxış ediblər.

Komandamız yarışda 8 medal əldə edib. Cəbrayıl Qadjiyev (74 kq), Arseni Cioyev (86 kq) və Abubakr Abakarov (92 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pillə­sinə qalxıb. 

Yalnız finalda məğlub olan Orxan Abasov (79 kq) gümüş medalla kifayətlənib. Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) isə bürünc medalın sahibi olublar. 

L.QURBANOVA
XQ

Избранный
7
6
xalqqazeti.az

10Источники