RU

Bakının “Gənclik” parkında ağacəkmə aksiyası

Sentyabrın 23-də Bakının Xətai rayonundakı “Gənclik” parkında ağa­cəkmə aksiyası keçirilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə işti­rak ediblər. 

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və COP29 kö­nüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib. 

Qeyd edək ki, “Gənclik” parkı Hey­dər Əliyev Fondunun təşəbbüsü ilə salı­nıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri yaradılıb. 

Xatırladaq ki, 2019-cu il noyabrın 11-də “Gənclik” parkı yeni salınarkən Azər­baycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun “Regional İn­kişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çər­çivəsində ağacəkmə aksiyasında iştirak etmişlər. Dövlətimizin başçısı bir zamanlar baxımsız olan bu ərazidə abadlaşdırma iş­lərinin aparılması ilə bağlı müvafiq tapşı­rıqlar vermişdi. 

2021-ci il avqustun 26-da istifadəyə verilən “Gənclik” parkı insanların rahat is­tirahət ünvanı olmaqla yanaşı, eyni zaman­da, paytaxtın ekoloji mühitinə öz töhfəsini verir.

Onu da qeyd edək ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən la­yihələrə birinci xanım Mehriban Əliyeva­nın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və mövcud ya­şıllıq sahələrinin qorunması üzrə müxtəlif layihələr icra edir. “Gənclik” parkı ərazi­sindəki budəfəki ağacəkmə aksiyası isə ekoloji tarazlığa daha bir töhfə oldu.

AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
49
xalqqazeti.az

10Источники