RU

Türkiyədə polis qatilə zibil torbası geyindirib, zooavtomobilə mindirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə 26 cinayətdə əli olan şübhəli şəxsə qarşı polisin gördüyü tədbirlər təəccübləndirib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, polis məmurunun qətlində şübhəli bilinən Yunus Əmrə Geçti polis şöbəsinə aparılarkən maraqlı görüntülər qeydə alınıb.
İlk növbədə, 19 yaşlı cinayətkarın əyninə qara zibil torbası keçirilib. O, iki qadın polis tərəfindən heyvanları daşımaq üçün nəzərdə tutulan avtomobilin arxa hissəsinə salınaraq şöbəyə aparılıb.
Qeyd edək ki, əvvəlcə Geçti motosiklet oğurladığı üçün saxlanılıb. O qaçmağa çalışarkən polis Şeyda Yılmazın silahını qəfil ələ keçirərək ona atəş açıb. Qadın polis aldığı güllə yarasından həlak olub.
Избранный
10
50
oxu.az

10Источники