RU

Ucar sakini hərbi xidmətə necə “yararsız” oldu? - İDDİA

“Atası deyib ki, hərbi prokurorluq pula yaxın durmadı, nazirlikdə həll etdik”

Ucar rayon, Rəstəcə kənd sakini Məmmədov Ramil Yasəf oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən narazılıq edən şikayətçi yazır:

“Qeyd edim ki, şikayət ərizəm əsasında Tərtər Hərbi Prokurorluğunda araşdırma aparıldı və Ucar rayonu, Rəstəcə kənd sakini Mehdiyev Zamiq Eldəniz oğlunun hərbi xidmətə tam yararlı olması subut olundu.Tərtər Hərbi Prokurorluğunun qərarı icra olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərildi. Ancaq çox təəssüf olsun ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən vəzifəli şəxsləri ilə əlbir olub, hərbi xidmətə yararlı olan Zamiq Mehdiyevi yenidən hərbi xidmətə yararsız hesab ediblər. Bütün bunlar isə küllü miqdarda rüşvət hesabına başa gəlib. Çnüki Zamiqin atası Eldəniz Mehdiyev bu barədə rayonda danışıb ki, hərbi prokurorluq pula yaxın durmadı, nazirlikdə həll etdik.

Bəli, rüşvət hesabına Zamiq Mehdiyev qanunsuz olaraq yenidən hərbi xidmətə yararsız hesab edilmişdir. Bir daha qeyd edirəm ki, Mehdiyev Zamiq Eldəniz oğlu hərbi xidmətə tam yararlı və tam sağlam olsa da Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidməti hərbi həkim komissiyası ilə əlbir olub onu qanunsuz olaraq hərbi xidmətə yararsız ediblər.

Bir daha qeyd edirəm ki, mənim şikayətimdən sonra Tərtər Hərbi Prokurorluğunda araşdırma aparıldı və subut olundu ki, Zamiq Mehdiyev onda olmayan xəstəliyə görə hərbi xidmətə qanunsuz olaraq yararsız hesab edilmişdir.

Azərbaycan qanunlarla idarə olunan demokratik dövlətdir, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində güclü ordumuz var. Zamiq Mehdiyev kimi pul gücünə hərbiyə yararsız edilmiş şəxslər qanunlara tabe edilməli, onu hərbi xidmətə yararsız etmiş vəzifəli şəxslər isə qanun qarşısında cavab verməlidirlər.

Mən məntbuat vasitəsi ilə cənab Prezident İlham Əliyevə müraciət edirəm. Sizdən xahiş edirəm ki, şikayətimi obyektiv araşdırıb, Mehdiyev Zamiq Eldəniz oğlunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində deyil, Bakı şəhərində ixtisalaşdırılmış xəstəxanada müasir aparatlar vasitəsi ilə müayinə edib hərbi xidmətə göndərilməsinə göstəriş verəsiniz və rüşvət alıb Zamiq Mehdiyevi yenidən qanunsuz hərbi xidmətə yararsız edən vəzifəli şəxslərin barəsində qanuni və ciddi tədbirlər görəsiniz”.

Hazırladı: LALƏ

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Избранный
5
2
hurriyyet.az

3Источники