RU

Növbəti 4 gündə bəzi rayonlarda hava qeyr-sabit keçəcək - XƏBƏRDARLIQ

Növbəti 4 gündə bəzi rayonlarda hava qeyr-sabit keçəcək - XƏBƏRDARLIQ




Sentyabrın 24-ü gündüzdən 27-dək bəzi rayonlarda hava şəraitinin qeyr-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.




Xəbərin oxunma sayı :
64

Избранный
12
49
azfakt.com

10Источники