RU

Naxçıvanda gənclərin çağrışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsi üçün sənəd qəbuluna start verilir

Naxçıvanda

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe təhsil müəssisələrində vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə üçün sənəd qəbulu elan edilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər sentyabrın 24-dən oktyabrın 10-dək müvafiq sənədləri rayon (şəhər) təhsil şöbələrinə təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

Tələb olunan sənədlərə tərcümeyi-hal, şəxsiyyət vəsiqəsinin, hərbi biletin (yazılı hissələrinin), əmək fəaliyyətini təsdiq edən sənədin(olduğu halda), müvafiq təhsil haqqında sənədin və əlavənin, Qarabağ müharibəsində iştirakı və sosial statusu (müharibə veteranı, müharibədə əlillik dərəcəsi almış şəxs) təsdiq sənədin surətləri (əgər varsa) daxildir. Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsində iştirakı təmin ediləcək.

Müsabiqədə ali hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri ixtisası üzrə ali təhsilli, həmçinin hərbi orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan zabitlər (ixtisaslı mütəxəssislər olmadıqda, istisna olmaqla ucqar kənd yerlərində gizir və çavuşlar) iştirak edə bilərlər.

Namizədlər vakant vəzifələrlə https://rb.gy/pfjhn9 linkinə daxil olaraq tanış ola bilərlər.

Избранный
8
azertag.az

1Источники