RU

Beyləqanda məktəblinin döyülməsi ilə bağlı ekspertiza təyin olunub, araşdırma aparılır

Beyləqanda məktəblinin döyülməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, Beyləqan RPŞ-də müvafiq ekspertiza təyin olunmaqla təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Beyləqan rayonunun I Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib. Məktəbin IX sinif şagirdi M.H. sinif yoldaşı Y.İ.nin atası tərəfindən döyülüb.

Избранный
14
2
apa.az

3Источники