RU

Erlinq Holanndan yeni rekord

"Mançester Siti" klubunun futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Sportnet.az "Squawka"ya istinadən xəbər verir ki, 24 yaşlı hücumçu buna "Arsenal"la heç-heçə etdikləri V turun oyununda fərqlənməklə nail olub.

Norveçli forvard meydana çıxdığı beş qarşılaşmada 10 qol vurub. Daha əvvəl Premyer Liqa tarixində heç kim buna daha tez nail ola bilməyib.

Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" matçı heç-heçə yekunlaşıb - 2:2.


Избранный
7
8
sportnet.az

9Источники