RU

İsrail ordusu Qəzzanı bombaladı, ölənlər var

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində 24 fələstinli həyatını itirib.
Qəzzadakı Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal Qəzzanın şimal, cənub və mərkəzinə edilən hücumlarla bağlı açıqlama verib.
Məlumatda Qəzzanın şimalındakı ''Əş-Şati'' qaçqınlar düşərgəsindəki  ''Kefr Qasim'' məktəbinin hədəf alınması nəticəsində 7 nəfər ölüb, çox sayda insan yaralanıb.
Qəzzanın mərkəzində Devvas ailəsinə aid evə təşkil edilən hücumda 4 , 'Əbu'l Acin bölgəsində isə 4 fələstinlinin həyatını itirdiyi bildirilib. ''Nusayrat'' qaçqınlar düşərgəsinin qərbindəki Təppe en-Nuveyridə pilotsuz uçuş aparatı (PUA) ilə təşkil edilən hücumda bir nəfərin öldüyü vurğulanıb.
Qeyd edək ki, Xan Yunis şəhərində törədilən hücumda 2, Rəfahda isə 6 nəfər həlak olub.



Избранный
2
trt.net.tr

1Источники