RU

Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub

Vüqar

Bakı, 23 sentyabr, AZƏRTAC

İlk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) AZƏRTAC-a verilən məlumata görə, Təşkilat Komitəsi FIDE təmsilçisi Vladislav Artemyevlə razılıq əldə edib. Blits şahmatında 2808 FIDE reytinqinə malik iti zəka sahibi komandalar arasında dünya çempionatının qalibi və Avropa çempionudur.

Turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrosmeysterlər rapid və blits növündə mübarizə aparacaqlar.

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, AŞF-nin təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.

 

Избранный
6
14
azertag.az

10Источники