RU

Türkiyədə turistləri daşıyan avtobus aşdı: Çox sayda xəsarət alan var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Nevşehir şəhəri yaxınlığında turistləri daşıyan avtobusun aşması nəticəsində 15-i turist olmaqla 18 nəfər xəsarət alıb.
Oxu.Az "Hürriyet"ə istinadən xəbər verir ki, avtobus Kapadokiyanın məşhur turizm bölgəsinin yerləşdiyi Nevşehirdən Alanyaya (Antalya vilayəti) gedirmiş.
İlkin məlumata görə, sürücü idarəetməni itirib və nəticədə qəza baş verib. Hadisə yerinə həkimlər və polislər gəliblər. Zərərçəkənlər xəstəxanalara çatdırılıblar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
2
oxu.az

10Источники