RU

Peşəkar mühasib sertifikatı üçün test imtahanının I mərhələsi keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 sentyabr 2024-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

“Far.Az” DİM-ə istinadən xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri, 133 nəzarətçi cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 5 həftə ərzində elan olunacaq.

Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) oktyabrın 20-də keçiriləcək və imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 10-u saat 12:00-dək davam edəcək.

06:25

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.

“Far.Az” DİM-ə istinadən xəbər verir ki, imtahan vermək üçün 1 513 (KOSS - 318, MHBS - 554, İSMUBS - 641) nəfər müraciət edib.

İmtahan bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

Üç saat davam edən imtahanda namizədlərə 40 test tapşırığı təqdim edilir. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- İmtahana buraxılış vərəqəsi.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 7 binada təşkil edilir. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri, 133 nəzarətçi cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
10
far.az

10Источники