Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib. Matc.az xəbər verir ki, davaya səbəb "Fənərbaxça" - "Qalatasaray" (1:3) oyunu olub. Belə ki, hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayanıb. Bir neçə şəxsin saxlanıldığı bildirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта