RU

Kosmonavtlardan yeni rekord

"Roskosmos"un kosmonavtları Oleq Kononenko (TASS-ın xüsusi müxbiri) və Nikolay Çub bir ekspedisiya zamanı Beynəlxalq Kosmik Stansiyada (BKS) ən uzun müddət qalma üzrə rekord qırıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

2022-2023-cü illərdə BKS-də 370 gün 21 saat 22 dəqiqə 16 saniyə olmuş həmkarları Dmitri Petelin, Sergey Prokopyev və NASA astronavtı Frank Rubionun nailiyyəti Bakı vaxtı ilə saat 17:06:51-də Kononenko və Çub tərəfindən üstələnib.

Kononenko və Çub BKS-ə 2023-cü ilin sentyabrında çatıblar. Onların Yerə qayıdışı bazar ertəsi, sentyabrın 23-nə planlaşdırılır. Ekspedisiyanın 374 gün davam edəcəyi gözlənilir.

Yalnız "Mir" orbital stansiyasının göyərtəsində uçan kosmonavtlar Valeri Polyakov və Sergey Avdeyev eyni ekspedisiya daxilində Kononenko və Çubadan daha çox orbitdə qalıblar. Belə ki, Polyakov 1994-1995-ci illərdə 437 gün, Avdeyev isə 1998-1999-cu illərdə 379 gün orbitdə olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
4
milli.az

10Источники