ABŞ vitse-prezidenti, demokratlardan ali dövlət vəzifəsinə namizəd Kamala Harris əsas siyasi rəqibi - respublikaçı Donald Trampla yeni debat raundunun keçirilməsinə nail olmağa çalışır.
Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
"Mən daha bir debat keçirməyə çalışıram. Görək nə olacaq", - Harris Corciya ştatında mitinqdə çıxışı zamanı bildirib.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.