RU

DİN: Ötən gün 1 avtomat, 1 qumbara və 4 tüfəng könüllü təhvil verilib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniazerbaycan.com-a verilən məlumata görə, sentyabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat, 1 qumbara, 4 tüfəng, 4 patron darağı və müxtəlif çaplı 39 patron təhvil götürüblər.

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
12
yeniazerbaycan.com

10Источники