RU

"Əsrin müqaviləsi" regionun enerji geosiyasətini dəyişdi- ABŞ səfiri

Dünən ABŞ səfirliyi “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.

"Təfərrüatlarını bilməyənlər üçün "Əsrin müqaviləsi" 1994-cü ildə SOCAR və 11 xarici enerji şirkəti, o cümlədən ABŞ-dan 4 şirkət arasında AÇG (Azəri-Çıraq-Günəşli) flaqman neft yatağının işlənməsi haqqında imzalanmış sazişdir. Mürəkkəb və uzunmüddətli danışıqlar tələb edən bu sövdələşmə o dövrdə keçmiş Sovet İttifaqına ən böyük Qərb investisiyası oldu",- ABŞ səfiri Mark Libbi öz çıxışında bildirib .

Onun sayəsində Azəri-Çıraq-GünəşliAzərbaycanın enerji sektorunun və nəticədə Azərbaycanın bu gün yararlandığı gözəl firavanlığının əsasını təşkil etdi, o, sözlərinədavam edib.

Səfir "Əsrin müqaviləsi"nin Azərbaycan və ABŞ üçün əhəmiyyətinə dair iki məqamı vurğulayıb.

"Əvvəla, postsovet ölkələrinin əksəriyyətinin iqtisadi bərpa uğrunda mübarizə apardığı bir vaxtda, 1990-cı illərin əvvəllərində Azərbaycan hökuməti bilinməyən yolla getməmək və öz enerji sektorunda xarici investisiyaları qəbul etmək üçün müdriklik və uzaqgörənlik göstərdi", -o deyib.

Səfir əlavə edib ki, "Əsrin müqaviləsi"nin bütün regionda tarixin gedişatını və enerji geosiyasətini dəyişdiyini söyləmək mübaliğə olmaz, səfir əlavə edib.

İkincisi, bu saziş ABŞ və Azərbaycan ikitərəfli münasibətlərinin tarixində xüsusi yer tutur, Libbi sözlərinə davam edib.

ABŞ şirkətləri və ABŞ-ın siyasi dəstəyi müqavilə üzrə danışıqlarda, Azəri-Çıraq-Günəşliyatağının işlənməsində və onunla əlaqədar Bakı-Tbilisi-Ceyhan ixrac marşrutunun işə salınmasında əvəzsiz amillər olub, o deyib.

"Bu baxımdan "Əsrin müqaviləsi" ABŞ-ın investisiyalarını və siyasi çəkisini Azərbaycanın təşəbbüsü və liderliyilə birləşdirsək, birlikdə nəyə nail ola biləcəyimizin bariz nümunəsidir", - amerikalı diplomat qeyd edib.

Həmçinin ABŞ və Azərbaycan“Cənub” qaz dəhlizinin sonrakı inkişafı üçün həlledici əhəmiyyətə malik çoxşaxəli rol oynayıblar.

Azərbaycan “Cənub” qaz dəhlizində iştirak edərəkregional enerji bazarında əsas oyunçu və Avropaya mühüm enerji təchizatçısı kimi özünü doğruldub, Libbi qeyd edib.

Избранный
21
aznews.az

1Источники