RU

Yunan-Roma güləşçilərimiz beynəlxalq turnirə qatılacaq

Bakı. Trend:

Sentyabrın 24-dən 25-dək Rusiyanın Tümen şəhərində yunan-Romagüləşi üzrə beynəlxalq turnir keçiriləcək.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, dünya və Avropa çempionu, olimpiya mükafatçısıVladimir Çeboksarovun şərəfinə təşkil ediləcək yarışda Rusiya,Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstankomandaları iştirak edəcək.

Ənənəvi turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov vəməşqçi Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq),Nihat Məmmədli, Fərid Baxışlı (hər ikisi 63 kq), Ülvü Qənizadə,Faiq Səfərli (hər ikisi 72 kq) və Qurban Qurbanov (82 kq) təmsiledəcək. Komandamız sabah Rusiyaya yollanacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
3
az.trend.az

10Источники