RU

Ağdamda istehsal olunan bu ayaqqabılar ixrac ediləcək

“BAFCO İnvest” MMC 2023-cü ilin əvvəlində Ağdam Sənaye Parkında iştirakçı statusu alıb. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən zavod xüsusi ucları və altlığı olan təbii dəridən iş ayaqqabıları, xüsusi təyinatlı ayaqqabılar, eləcə də müxtəlif sahələrdə istifadə üçün poliuretan çəkmələr istehsalı ilə məşğuldur.

Publika.az xəbər verir ki, bunu Ağdamda Azərtac-ın bölgə müxbirinə müsahibəsində ayaqqabı zavodunun istehsal üzrə direktoru Osman Yaylalı deyib.

O bildirib ki, istehsal edilən ayaqqabılar payız-qış, yay-yaz fəsillərinə və təhlükəsizlik xüsusiyyətlərinə görə müxtəlif modellərə bölünür. Ayaqqabıların yuxarı hissəsi təbii dəridən, altlığı isə çox əyilmə, sürtünmə və aşınmaya davamlı poliuretan materialdan hazırlanıb. Üst və alt hissələrin birləşdirilməsi inyeksiya üsulu ilə həyata keçirilir ki, bu da möhkəm birləşməni və davamlılığı təmin edir. İstehsal olunan poliuretan çəkmələr suya, yağa və müxtəlif kimyəvi maddələrə davamlıdır.

İstehsal prosesi və keyfiyyətə nəzarət bu sahədə böyük təcrübəyə malik yüksəkixtisaslı yerli və xarici mütəxəssislər tərəfindən həyata keçirilir. Almaniyanın ən son nəsil avadanlıqları ilə təchiz edilmiş zavodun illik istehsal gücü 510 min cüt ayaqqabıdan ibarətdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
8
publika.az

10Источники