RU

“BAFCO İnvest” MMC fabrikinin illik istehsal gücü 510 min cüt ayaqqabıdan ibarətdir

“BAFCO İnvest” MMC 2023-cü ilin əvvəlində Ağdam Sənaye Parkının iştirakçı statusunu alıb. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən fabrik xüsusi ucları və altlığı olan təbii dəridən iş ayaqqabıları, xüsusi təyinatlı ayaqqabılar, eləcə də müxtəlif sahələrdə istifadə üçün poliuretan çəkmələr istehsalı ilə məşğuldur.

Bunu "Respublika"nın bölgə müxbirinə müsahibəsində ayaqqabı zavodunun istehsal üzrə direktoru Osman Yaylalı deyib.

O, bildirib ki, istehsal edilən ayaqqabılar payız-qış, yay-yaz fəsillərinə və təhlükəsizlik xüsusiyyətlərinə görə müxtəlif modellərə bölünür. Ayaqqabıların yuxarı hissəsi təbii dəridən, altlığı isə çox əyilmə, sürtünmə və aşınmaya davamlı poliuretan materialdan hazırlanıb. Üst və alt hissələrin birləşdirilməsi inyeksiya üsulu ilə həyata keçirilir ki, bu da möhkəm birləşməni və davamlılığı təmin edir. İstehsal olunan poliuretan çəkmələr suya, yağa və müxtəlif kimyəvi maddələrə davamlıdır.

Müəssisədə istehsal prosesi və keyfiyyətə nəzarət bu sahədə böyük təcrübəyə malik yüksək ixtisaslı yerli və xarici mütəxəssislər tərəfindən idarə olunur. Almaniyanın ən son nəsil avadanlıqları ilə təchiz edilmiş fabrikin illik istehsal gücü 510 min cüt ayaqqabıdan ibarətdir. Beynəlxalq standartlara cavab verən xammallar tanınmış xarici şirkətlərdən sifariş edilir.  

“Made in Azerbaijan” adı ilə istehsal olunan ayaqqabıların daxili bazarda satışı ilə yanaşı, xaricə də ixracı nəzərdə tutulur. 









 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
8
respublika-news.az

10Источники