RU

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək

Dövlət Dəniz və Liman Agentliyində sentyabrın 25-də saat 10:00-da “Açıq qapı” günü keçiriləcək. Məqsəd dənizçilərin sertifikatlaşdırılması, bilik və bacarıqlarının qiymətləndirilməsi sahəsində həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılmasıdır.

İştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) [email protected] e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
5
respublika-news.az

6Источники