RU

Ramazan Kadırov: “İlon Mask mənə verdiyi “Cybertruck”ı uzaqdan söndürüb”

Çeçenistan lideri Ramazan Kadırov “Tesla” şirkətinin baş direktoru İlon Maskın ona verdiyini iddia etdiyi “Cybertruck”ın uzaqdan söndürüldüyünü iddia edib.

Avtosfer.az xəbər verir ki, Kadırov dünən “Telegram” hesabında etdiyi paylaşımda Maskın bu yaxınlarda avtomobili uzaqdan söndürdüyünü iddia etdi.

“İlon Maskın etdikləri heç də xoş bir şey deyil. Ürəkdən bahalı hədiyyələr verir, sonra onları uzaqdan söndürür”, – deyə Kadırov bildirib.

47 yaşlı Çeçenistan lideri həmçinin Ukrayna cəbhəsində “Cybertruck”dan istifadə etdiklərini və nəqliyyat vasitəsinin böyük performans göstərdiyini iddia edib.

Avqust ayında yayımladığı videoda Kadırov paytaxt Qroznıda “Cybertruck”dan istifadə edərkən görüntülərini paylaşıb. Çeçenistan liderinin maşına avtomat yerləşdirməsi də gündəm olub.

Bununla belə, texnologiya milyarderi İlon Mask Kadırova “Cybertruck” hədiyyə etməsi ilə bağlı iddiaları rədd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
1
avtosfer.az

2Источники