RU

Lavrov Kiyevin müstəqil olaraq uzaqmənzilli raketlərdən istifadə etmə ehtimalını rədd edir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Qərbin təqdim etdiyi uzaqmənzilli raketlərdən istifadə etmək imkanının olmadığını və bunun üçün bu silahların istifadə olunduğu ölkələrin ekspertlərinə ehtiyac duyulacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“NATO hazırda Rusiyaya qarşı müharibə aparır. Amma bu, ukraynalıların əlində hibrid müharibədir. Söhbət uzaqmənzilli raket silahlarından gedirsə, o zaman hamı başa düşür ki, ukraynalılar onlardan istifadə edə bilməzlər. Hədəf, peyklərdən alınan məlumatlar, uçuş missiyaları, bütün bunları ancaq bu silahları istehsal edən ölkənin mütəxəssisləri edə bilər”,- deyə Lavrov vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
operativmm.az

1Источники