RU

Filippində 6,7 bal gücündə zəlzələ

EMSC (Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi) məlumatlarına əsasən, Filippində 6,7 bal gücündə zəlzələ baş verib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən 6,7 bal gücündə zəlzələ yerin 70 km dərinliyində baş verib. Sözügedən zəlzələ Filippinin Qlan şəhərindən 23 km, Filippinin General Santos şəhərindən isə 53 km aralıda baş verib.

ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla Burias adasında 6,7 ​​bal gücündə zəlzələnin hiss edildiyini açıqlayıb.

USGS, 78 kilometr dərinlikdə qeydə alınan zəlzələnin episentrinin Burias adasından 26 kilometr cənub-qərbdə olduğunu bildirib.

Zəlzələdə can və mal itkisi olmayıb.

Qeyd edək ki, dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Filippin “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

//Səbinə Hüseynli, Editor.az

Избранный
464
50
editor.az

10Источники