RU

19 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatlarında şəhid olan tərtərli hərbçilərin ailələri ilə görüş keçirilib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayonTəşkilatının sədri Eldar Əsədov və aidiyyəti şəxslərlə birlikdə 19 sentyabr 2023-cü iltarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş ərazilərdəkeçirilən lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan 6 nəfər tərtərli şəhidin-Tərtər rayon Səhləbad kənd sakini, 3-cü dərəcəli “Rəşadət” ordenli Lalayev Ruslan Akifoğlunun, Tərtər rayonu Çardaqlı kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordenli Ağayev Kənan Vahid oğlunun, Tərtər rayon Evoğlu kənd sakini, 3-cü dərəcəli“Vətənə xidmətə görə” ordenli Vəlizadə Rəşad Elşən oğlunun, Tərtər rayon Kəngərlikənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Abbaszadə Emin Faiq oğlunun,Tərtər rayon, Seydimli kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli SəfərovCavid Rövşən oğlunun, Tərtər rayon Qaradağlı kənd sakini, 3-cü dərəcəli “ Vətənəxidmətə görə” ordenli İbrahimov Elnur Səxavət oğlunun ailələri ilə görüşüb.44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterrorəməliyyatından danışan icra başçısı torpaqlarımızın suverenliyi uğrunda canındankeçən şəhidlərə Ulu Tanrıdan rəhmət diləyərək, şəhid ailələrinə səbr, dözüm arzulayıb.Rayon rəhbəri bildirib ki, xalqımız tarixinin ən mühüm və qürurlu səhifələrindən birinin -ötən il 19-20 sentyabr tarixində Qarabağda həyata keçirilən antiterror tədbirlərinəticəsində qazanılan əzəmətli Qələbənin ildönümünü sevinc və coşqu ilə qeyd edir. Buəməliyyat qızıl hərflərlə Azərbaycanın qəhrəmanlıq salnaməsinə həkk olunmuş böyükZəfər yolunun Xankəndi zirvəsidir.Rəşadətli və təcrübəli əsgər və zabitlərimizə bu əməliyyatı da uğurla yekunlaşdırmaqüçün elə də çox vaxt lazım olmadı, cəmi 24 saatdan az müddətdə düşmənin dizini yerəqoydu və təslim olmağa məcbur etdi. Separatizmin başında duranlar, vaxtı iləAzərbaycana hədə gələnlər saxlanılaraq əli qandallı Bakıya gətirildilər. Bu əməliyyat daAli Baş Komandan İlham Əliyevin ali sərkərdəlik keyfiyyətlərini, Azərbaycan Ordusunungücünü, peşəkar səviyyəsini, qələbə əzmini bütün dünyaya göstərdi.Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər vəzabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz,suverenliyimiz xalqımızın milli sərvətidir.Rayon rəhbəri respubluka prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamı iləsentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi, eynitarixli digər sərəncamı ilə “20 sentyabr–Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərigünü”nün təsis edildiyini bildirərək, ölkə rəhbərinin bu qürurverici günlərdə işğaldanazad edilmiş ərazilərdə-mədəniyyət mərkəzimiz olan Şuşada Bayraq Meydanınınaçılışında, Üzeyir Hacıbəyovun təmirdən sonra ev muzeyində, Xankəndində QarabağUniversitetində, tələbə yataqxanasında, işğaldan azad olunmuş ərazilərdə aparılantikinti abadlıq işləri ilə tanış olmasından da danışıb.Görüşdə rayon rəhbəri antiterror əməliyyatlarında şəhid olan hərbçilərin ailələrinin qayğıvə problemləri ilə maraqlanıb, onlara maddi yardım göstərilib.Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənabİlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarınıbildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
dia-az.info

1Источники