RU

1994-cü ilin neft kontraktı və atəşkəs- dövlət quruculuğu prosesini stabilləşdirən 2 mühüm hadisə....

Image

Biri digərini şərtləndirən iki önəmli siyasi-iqtisadi hadisə bir ildə baş verdi

1994-cu ildə Azərbaycanın dövlət quruculuğu yolunda iki mühüm hadisə baş verib. Bunlardan biri 1994-cü il may ayının 12-də Ermənistanla atəşkəs rejimi barədə razılığa gəlinməsi, ikincisi isə həmin ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin bağlanmasıdır.

Həmin dövrdə atəşkəs razılaşmasına nail olunması məhz "Əsrin müqaviləsi"ni şərtləndirən ümdə amillərdən biri oldu. Çunki qanlı müharibə aparan bir ölkəyə heç bir şirkət bu həcmdə investisiya yatirmağa razı olmazdı. Yəni bu iki hadisənin biri digəri üçün möhkəm zəmin yaratdi.  Bu baxımdan atəşkəsin əldə edilməsi Azərbaycan üçün çox vacib idi.

Dunən Azərbaycanın müstəqillik illərinin ən parlaq hadisələrindən biri olan "Əsrin muqaviləsi"nin bağlanmasının 20-ci ildönümü qeyd edildi. Bu sənəd Azərbaycan iqtisadiyyatının dirçəldilərək Cənubi Qafqazın ən böyük iqtisadiyyatına çevrilməsində, məcburi köçkun və qaçqınların mənzil-məişət şəraitinin qurulmasında, Azərbaycan gənclərinin xaricdə təhsilinin maliyyələşdirilməsində, ölkənin ordu quruculuğunun və ərazi bütövlüyünün təmin edilməsində və digər sahələrdə inkişafa nail olunmasında böyük rol oynayıb.

"Əsrin müqaviləsi"nin gətirdiyi iqtisadi-siyasi dividendlər və bunun üzərində qurulan uğurlu xarici siyasət beynəlxalq dünya güclərini Azərbaycanla hesablaşmağa vadar etdi. Azərbaycanda bir atalar sözü var: "Salavat çevirmək belə gücə, qüvvəyə bağlıdır". Yəni bu o deməkdir ki, gücün olmasa ən asan iş olan salavat belə çevirə bilməzsən. Bu baxımdan "Əsrin müqaviləsi" 21-ci əsrdə Azərbaycan dövlətinə yeni güc, yeni nəfəs verdi. Bu güc, uğurlu xarici siyasət və durmadan hərbi gücümüzün, şəxsi heyətin hərbi hazırlığının artırılması sayəsində 30 il işğal altında qalmış torpaqlarımızı işğaldan azad edilərək, ərazi bötövlüyümüzə nail olundu.

Azərbaycan beynəlxalq güclərin uduzdurulması nəticəsində itirdiyi torpaqlara yenidən sahib çıxdı. Bu üç hadisənin - "Əsrin müqaviləsi", 44 günluk uğurlu vətən savaşının başlanması və bir günlük antiterror əməliyyatının müxtəlif illərin eyni həftəsinə düşməsi artıq bir rəmzi xarakter alıb ki, sentyabr ayının bu günləri xalqınızın ən xosbəxt günləridir.

Gəlin, bir qədər də tarixə nəzər salaq. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı Azəri, Çıraq və Günəşli yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanıb. Bu sənəd təxminən 400 səhifə həcmində və 4 dildə tərtib edilib. Müqavilənin 13 milyard ABŞ dolları həcmində qiymətləndirilməsi onun nə üçün "Əsrin müqaviləsi" adlandırılması sualına verilən cavablardan biri ola bilər.

"Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (ARDNŞ, Amoco, BP, McDermott, UNOCAL, LUKoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-nin "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türkiyə Petrolları" .şirkətinin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların qazilması nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır. Bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir. Ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.

"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur.

İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

Bu nəhəng layihənin icra edilməsi nəticəsində gələn gəlirlər hesabına Azərbaycanı kosmos ölkəsinə çevirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 47 ölkəyə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. “İxrac İcmalı”na əsasən, həmin dövr ərzində “Azərkosmos”un xidmət ixracından əldə olunan gəliri onun ümumi gəlirlərinin 78 faizinə çatıb.

Bu gün Azərbaycan Milli Bankının valyuta ehtiyatları 10 milyard dollardan, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin dəyəri isə 57 milyard dollardan çoxdur. Azərbaycan müqayisədə Cənubi Qafqazın digər iki ölkəsini bu göstəricilər üzrə on dəfələrlə üstələyir. Ümumidaxili məhsulun (ÜDM) həcminə görə ötən il Cənubi Qafqaz ölkələri arazında həmişəki kimi birinci olub. Bekə ki, ötən il Azərbaycan 72 milyard dollar UDM ilə birinci, Gürcüstan 30,5 milyard dollarla ikinci, Ermənistanda isə 23,5 milyon dollar göstərici ilə üçüncu yerdə qərarlaşıb. Digər iqtisadi göstəricilərə görə də Apzərbaycan liderliyi əlində saxlaya bilir.

Bununla yanaşı, Şərq-Qərb yəmir yolu və boru kəməri nəqliyyat dəhlizləri də Azərbaycan dövlətinin yatırdığı investisiya hesabina reallaşib.

Nəticə olaraq qeyd edək ki, "Əsrin müqaviləsi" Azərbaycan dovlətinin tarixində böyük siyasi və iqtisadi dönüş yaradan hadisələrdən biridir.

Akif NƏSİRLİ





Избранный
28
baki-xeber.com

1Источники