RU

SOCAR-ın əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

Bakı, 20 sentyabr, AZƏRTAC

20 Sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın kollektivi öncə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ölkəmizin yeni enerji strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anıb.

Şəhidlər xiyabanını ziyarət edən SOCAR kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
7
azertag.az

8Источники