Çinin “Zeekr” modellərində altıncı nəsil “Waymo Driver” sistemini sınaqdan keçirən “Waymo” şirkətinin ABŞ-da Çin avtomobillərinə qoyulan məhdudiyyət səbəbindən “Hyundai”ya üz tutduğu bildirilir.

İndex.az xəbər verir ki, “Reuters”in məlumatına görə, şirkət rəsmiləri “Hyundai”ın sərnişindaşıma xidmətlərində istifadə edə biləcəyi xüsusi avadanlıqla təhciz olunmuş “İoniq 5” modellərinin istehsalını müzakirə etmək üçün azı üç dəfə “Hyundai” ilə görüşüblər.

Keçən il ilk “Chrysler Pacifica” modellərini təqaüdə çıxaran “Waymo” hazırda “Jaguar”ın 100% elektriklə işləyən “I-Pace” modelindən istifadə edir.

Digər tərəfdən, şirkət bu yaxınlarda altıncı nəsil avtonom idarəetmə sistemini “Zeekr”in MPV modellərində sınaqdan keçirməyə başladı.