RU

Sentyabrın 21-nə hava proqnozu açıqlanıb

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağıntının olmayacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 14+18, gündüz müsbət 22+25 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 14+18, gündüz müsbət 23+27, dağlarda gecə müsbət 5+10, gündüz müsbət 10+15 dərəcə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
49
turan.az

10Источники