RU

Üzeyir Şəfiyev: Əgər iddialar doğrudursa, adiyatı qurumlar hərəkətə keçməlidir

Bakıda 13 yaşlı yeniyetmənin 8 gündür ki, Xətai rayonunda yerləşən 3 nömrəli Uşaq evindən qaçaraq küçələrdə yaşadığı haqda məlumatlar yayılıb.
Özünü Ramal kimi təqdim edən yeniyetmə ARB TV-də yayımlanan “Səni axtarıram” verilişinə gələrək ağır ittihamlar səsləndirib.
O iddia edib ki, həmin müəssisədə uşaqları kamera olmayan yerlərdə - dəhlizdə və tualetdə döyürlər, təhqir edirlər. Xüsusən bunu uşaq evindəki digər uşaqlara tapşırırlar: “Mən orada qalmaq istəmirəm, bizi hər gün “veşalka” ilə döyürlər. Bizə tərbiyəsiz şeylər göstərirlər. Orada Elvin adlı uşaq var, müəllim ona tapşırdı ki, get bunun ayağını qır gəl. O da gedib uşağın ayağını qırdı. İlahə müəllimə 3 uşağı ikinci mərtəbədən aşağı atıb...
Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Gülnarə xanımdır. O da belə şeylər edir”.
Ramal bütün bunlara dözməyərək qaçdığını, uşaq evinə qayıtmağa da qorxduğunu deyib.
Sadalanan faktla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirdi ki, artıq bağlı araşdırmalara başlanılıb: “Yetkinlik yaşına çatmayan şəxs polis və aidiyyəti dövlət qurmlarının əməkdaşları tərəfindən digər sığınacağa yerləşdirilib. Onun səsləndirdiyi iddialarla bağlı müvafiq araşdırma aparılır”.
Xatırladaq ki, sözügedən uşaq evi ilə bağlı daha əvvəl də analoji ittihamlar yayılmışdı. Ötən il uşaq evinin yeniyetmə sakinlərindən biri həmin müəssisədə uşaqlar üçün ayrılan ərzağın onlara çatmadığını bildirmişdi. Qeyd etmişdi ki, əti bişirərək, sümüyünü uşaqlara verirlər, özünü isə evlərinə aparırlar. Ondan sonra o, 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Müəssisənin direktoru Məhbubə Hüseynova isə işdən çıxarılmışdı.

Hadisə ilə bağlı fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a söyləyib ki, belə vəziyyətlərdə qarşı tərəfin də mövqeyi araşdırılmalıdır:

''Belə müəsisələr sosial nəzarətdən kənar olmamalıdır. Həmçinin, bu cür nəzarət mexanizmi neytral qurum tərəfindən icra olunmalıdır ki, prossesləri adekvat qiymətləndirmək mümkün olsun. Hesab edirəm ki, hadisəni müvafiq qurumlar dəqiq araşdıracaq. İlkin qiymətləndirmədən sonra, mövqeyimizi bildirəcəyik. Əgər iddialar doğrudursa, adiyatı qurumlar hərəkətə keçməlidir. Həmçinin bu tip müəssisələr ictimaiyyətə açıq olmalıdır. Dövlətimiz valideyn himayəsindən məhrum olan uşaqlara qayğı göstərməsinə baxmayaraq, bu cür hadisələrin baş verməsi təəssüfləndirici haldır. Ona görə də belə müəssisələrdə nəzarət gücləndirilməlidir. Əlavə olaraq uşaq qaynar xəttləri təşkil oluna bilər. Fikrimcə, bununla uşaqlar problemlərini asanlıqla söyləyəcəklər".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
23
sherg.az

10Источники