RU

Rusiyada azərbaycanlı iş adamı HƏBS EDİLDİ

Rusiyanın Samara vilayətində azərbaycanlı qanunsuz miqrasiyanı təşkil etməkdə şübhəli bilinir.Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, MMC direktoru olan azərbaycanlı xarici vətəndaşları faktiki olaraq işə cəlb etmədən onlarla saxta mülki müqavilələr bağlayıb, həmçinin onlara saxta mənzil kirayəsi müqavilələri verib.Daha sonra həmin qondarma sənədləri daxili işlər orqanının miqrasiya şöbəsinə təhvil verib və bununla da saxta sənədlərdən istifadə etməklə xarici vətəndaşların Rusiya Federasiyasında qalmasını təmin edib. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 322.1 (qanunsuz miqrasiyanın təşkili) cinayət işi açılıb.Rusiya Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı onun qanunsuz fəaliyyətinə son qoyulub.Məhkəmə azərbaycanlı barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
1
dia-az.info

2Источники