RU

Kəmaləddin Qafarovun şirkət 2.5 milyonluq tender qazandı

Səhiyyə Nazirliyinin tərkibinəd fəaliyyət göstərən İnnovasiya və Təhcizat Mərkəzi deputat Kəmaləddin Qafarovun olduğu bildirilən şirkətlə daha bir milyonluq satınalma müqaviləsi imzalayıb.

XALQ.AZ  xəbər verir ki, həmin müqaviləyə əsasən Mərkəz endovaskulyar anevrizma və transkateter aorta qapağı implantasiyası əməliyyatının icrasında istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat mallarının satın alınmasını həyata keçirəcək.
Bildirək ki, “AzəriMed” QSC ilə bağlanılmış müqavilənin dəyəri 2.506.031,75 manatdır.
Xatırladaq ki, deputat Kəmaləddin Qafarovun olduğu bildirilən “Azəri Med” QSC uzun zamandır Səhiyyə Nazirliyinin bir çox tenderlərinin qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
1
xalq.az

2Источники