RU

Türkiyənin Çinə polad ixracı azalıb (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin Çinə polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 46,6 faiz azalaraq, 13,4 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin avqust ayında Türkiyə Çinə 1,7 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 49,8 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11.3 faiz artıb, 10 milyard 705 milyon dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 1 milyard 411 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 15 milyard 951 milyon dollar məbləğində polad ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
33
turkic.world

10Источники