RU

Avropada yeni komanda: frau Ursula və onun “əsgərlər”i

Bakı. Trend:

Strasburqda Avropa Parlamentinin plenar iclasında Ursula fon derLyayen Avropa Komissiyasının yeni çağırışının tərkibini təqdimedib. Növbəti həftələr ərzində Avropa Parlamentinin deputatlarıprofil komitələrində təyin edilmiş namizədləri müzakirə edəcək vəhər bir namizəd üçün "lehinə" və ya "əleyhinə" səs verəcəklər. Əgərbütün namizədlər təsdiqlənsə, yeni Avropa Komissiyasının tərkibi 1noyabr 2024-cü ildə fəaliyyətə başlayacaq.

Ursula fon der Lyayen tərəfindən təqdim olunan AvropaKomissiyasının siyahısına daxildir:

Ursula fon der Lyayen (Almaniya): AvropaKomissiyasının sədri

Tereza Ribera (İspaniya): Təmiz, ədalətli vərəqabətqabiliyyətli enerji keçidi üzrə vitse-prezident, həmçininrəqabət məsələləri üzrə komissar

Henna Virkkunen (Finlandiya): Texnolojisuverenlik, təhlükəsizlik və demokratiyanın dəstəklənməsi üzrəvitse-prezident

Stefan Sejourne (Fransa): İqtisadi çiçəklənməvə sənaye strategiyası üzrə vitse-prezident

Roksana Mînzatu (Rumıniya): Kadrlar, bacarıqlarvə hazırlıq üzrə vitse-prezident

Raffaele Fitto (İtaliya): Avropanın birliyi vəAvropa İttifaqı islahatları üzrə vitse-prezident

Kaya Kallas (Estoniya): Xarici siyasət vətəhlükəsizlik siyasəti üzrə ali nümayəndə

Magnus Brunner (Avstriya): Avropa İttifaqınındaxili işləri və miqrasiya məsələləri üzrə komissar

Hədcə Ləhbib (Belçika): Bərabərlik, hazırlıq vəböhranların idarə olunması üzrə komissar

Yekaterina Zaxarieva (Bolqarıstan):Startapların inkişafı, tədqiqatların və innovasiyalarındəstəklənməsi üzrə komissar

Dubravka Suica (Xorvatiya): Avropa İttifaqınınYaxın Şərqdə və Şimali Afrikadakı Aralıq dənizi qonşuları iləmünasibətlərə cavabdeh komissar

Kostas Kadis (Kipr): Balıqçılıq və dünyaokeanlarının resurslarından istifadə məsələləri üzrə komissar

Jozef Şikela (Çexiya): Beynəlxalqtərəfdaşlıqlar üzrə komissar, beynəlxalq inkişaf xərcləri və Çintəşəbbüsü olan "Kəmər və Yol" üzrə Avropa İttifaqınınmünasibətlərinə cavabdehdir

Dan Yorgensen (Danimarka): Energetika vəyaşayış məsələləri üzrə komissar

Apostolos Tzitzikostas (Yunanıstan): Nəqliyyatvə turizmin inkişafı üzrə komissar

Oliver Varhelyi (Macarıstan): İnsan sağlamlığıvə heyvan rifahı məsələləri üzrə komissar

Maykl MakQrat (İrlandiya): Demokratiyanıninkişafı, ədalət və qanunun aliliyi məsələləri üzrə komissar

Valdis Dombrovskis (Latviya): İqtisadiyyat,əmək məhsuldarlığının artırılması və innovasiyaların tətbiqi üzrəkomissar

Andrius Kubilius (Litva): Müdafiə və kosmosməsələləri üzrə komissar

Kristof Hansen (Lüksemburq): Kəndtəsərrüfatının və ərzaq sektorunun inkişafı üzrə komissar

Qlenn Mikallef (Malta): Nəsillərin ədaləti,gənclərin dəstəklənməsi, mədəniyyətin və idmanın inkişafı üzrəkomissar

Vopke Hoekstra (Niderland): İqlim, təmizinkişaf və sıfır emissiya məsələləri üzrə komissar

Pyotr Serafin (Polşa): Büdcə, saxtakarlıqlamübarizə və dövlət idarəetmə orqanları məsələləri üzrə komissar

Maria Luiş Albukerke (Portuqaliya): Maliyyəxidmətlərinin tənzimlənməsi üzrə komissar

Maroş Şefkoviç (Slovakiya): Ticarət və iqtisaditəhlükəsizlik, idarələrarası münasibətlər və şəffaflıq məsələləriüzrə komissar

Marta Kos (Sloveniya): Avropa İttifaqınıngenişlənməsi məsələləri üzrə komissar

Cessika Rosuoll (İsveç): Ətraf mühit, suehtiyatlarının təsirinə davamlılıq və rəqabətqabiliyyətli dairəviiqtisadiyyat üzrə komissar.

Bu həftə Brüsseldə Avropa İttifaqının yüksək rəhbərliyindədaxili siyasi gərginliyin kəskin artması ilə başladı. Bunun səbəbiən nüfuzlu komissarlardan biri olan Tyerri Bretonun, AvropaKomissiyasının sədri Ursula fon der Lyayeni hədəf alaraqittihamlarla çıxış etməsi oldu. İnternet nəhənglərinə qarşı sərtmünasibəti ilə tanınan Breton fon der Lyayenin onun yenidənkomissar vəzifəsinə təyin edilməsinə gizli şəkildə mane olduğunuiddia etdi. Bu açıqlama Avropa Parlamentində yeni AvropaKomissiyasının tərkibinin elan edilməsindən bir neçə saat öncəsəsləndirildi və vəziyyətə xüsusi dramatizm qatdı.

Yeni Avropa Komissiyasının formalaşması olduqca çətin birprosesdir və planlaşdırıldığından daha uzun müddət aldı. Brüsseldəartıq sərt və hökmran idarəetmə tərzi ilə "kraliça" adını alan fonder Lyayen, bir çoxu Avropa Parlamentinə yeni seçilmiş ölkələrin vəmüxtəlif siyasi partiyaların maraqlarını tarazlaşdırmaq vəzifəsiqarşısında qalıb. Bu proses onun lider kimi bacarıqlarının ciddisınağına çevrilib, çünki o, həm fərqli maraqları uzlaşdırmağaçalışır, həm də öz islahatçı ambisiyalarını həyata keçirməkniyyətindədir.

Nəhayət, Ursula fon der Lyayen qarşıdakı beş il ərzindəfəaliyyət göstərəcək yeni Avropa Komissiyasının tərkibini təqdimetdi. Namizədlərin hələ də Avropa Parlamentində təsdiqlənməsinəehtiyac olsa da, siyahı dərhal həm siyasətçilər, həm də analitiklərarasında müzakirə olunmağa başlandı. Müzakirələrdə ən çox diqqətçəkən məqamlardan biri fon der Lyayenin cəmi 20 komissarınfəaliyyətini nəzarət altında saxlamaq üçün altı icraçıvitse-prezident təyin etməsi oldu. Bir çox siyasi şərhçilər yüksəkvəzifələrə təyinat zamanı namizədlərin peşəkarlığından çox onlarıncinsiyyət mənsubiyyətinin nəzərə alınmasına təəccüblərinibildirdilər. Bu siyasət fon der Lyayenin hakimiyyət strukturlarındagender bərabərliyinin vacibliyi ilə bağlı ilk gündən bəyan etdiyiproqramın çərçivələrinə tam uyğun gəlir.

Bəhsolunan prosesə parlaq nümunə Rumıniya və Sloveniyatərəfindən irəli sürülən namizədlər oldu. Ursula fon der Lyayeninrəhbər vəzifələrdə qadınların sayını artırmaq çağırışına cavabolaraq bu ölkələr məhz qadın namizədləri əsas vəzifələrə təklifetdilər və bununla da əhəmiyyətli vəzifələr əldə edə bildilər.Məsələn, Rumıniya kişi namizədi qadın Roksana Mınzatu iləəvəzləyərək, kadrlar və bacarıqlar üzrə vitse-prezident vəzifəsiniqazandı. Sloveniya isə kişini Marta Kos ilə əvəzləyərək Avropaİttifaqının genişlənməsi məsələləri üzrə komissar vəzifəsinə sahiboldu.

Bolqarıstanın vəziyyəti də az maraqlı olmadı: bu ölkə dərhal ikiqadın namizəd təklif etdi. Onlardan biri olan Yekaterina Zaxarievastartaplar, innovasiyalar və elmi tədqiqatlar sahəsindəçoxmilyardlı proqram "Horizon" çərçivəsində vəsaitlərin idarəedilməsinə cavabdeh komissar vəzifəsini aldı. Finlandiya da AvropaKomissiyasının qadın təmsilçiliyinə öz töhfəsini verdi, HennaVirkkuneni irəli sürərək ona texnoloji suverenlik, təhlükəsizlik vədemokratiya məsələlərinə cavabdeh olan komissar vəzifəsiniqazandırdı.

Amma diqqət mərkəzində yalnız gender məsələləri olmadı. Kişinamizədlərin təyinatları da geniş müzakirələrə səbəb oldu. Butəyinatlardan biri fon der Lyayenin miqrasiya portfeliniAvstriyadan olan Maqnus Brunnerə həvalə etməsi oldu. Avstriyasərhəd nəzarətini gücləndirmək üçün tətbiq etdiyi sərt tədbirləriilə tanınan bir ölkədir. Bu təyinat Avropa Komissiyasının miqrasiyaməsələlərində daha sərt mövqe tutacağına işarə edir ki, bu daAvropa Komissiyasının siyasətinin, baxmayaraq ki, açıq ziddiyyətlərolsa da, "Almaniya üçün Alternativ" kimi ifrat sağçı-populistpartiyaların proqramlarına yaxınlaşdığını göstərir.

Digər maraqlı təyinat isə İtaliyanın baş naziri Corcia Melonitərəfindən təklif olunan İtaliyanın sağ partiyası olan "İtaliyaQardaşları"nı təmsil edən Raffaele Fitto oldu. İtaliyanın yüksəkgözləntilərinə baxmayaraq, Fitto inzibati məsələlərlə bağlı o qədərdə əhəmiyyətli olmayan bir portfel aldı ki, bu da İtaliyasağçılarının gözlədiklərindən fərqli olaraq məyusluğa səbəboldu.

Xüsusi diqqətəlayiq başqa bir təyinat isə Macarıstandan olanOliver Varheliinin təyinatıdır. O, əvvəllər qonşuluq siyasəti vəgenişlənmə məsələləri üzrə Avropa komissarı vəzifəsini tuturdu.Lakin bu dəfə ona insan sağlamlığı və heyvanların müdafiəsi iləbağlı daha az əhəmiyyətli bir portfel təklif olundu. Bu addım,fonder Lyayenin bir çox məsələlərdə ümumavropa xəttinə zidd olanmüstəqil mövqeyi ilə tanınan Macarıstanın baş naziri Viktor Orbanınsiyasətinə qarşı mənfi münasibətini açıq şəkildə nümayişetdirir.

Başqa əhəmiyyətli təyinatlar arasında yeni yaradılmış müdafiəkomissiyasının önə çıxması xüsusilə diqqət çəkir. Bu komissiyanıRusiyaya qarşı sərt mövqeyi ilə tanınan Andrius Kubilyus idarəedəcək. Onun təyinatı, dünya üzrə geosiyasi vəziyyətdəkidəyişikliklər fonunda Avropa Komissiyasının müdafiə vətəhlükəsizlik məsələlərinə artan diqqətini vurğulayır.

Beləliklə, yeni Avropa Komissiyasının tərkibi, qarşıdakı beş ilison dərəcə maraqlı edəcək mürəkkəb siyasi və gender maraqlarınınqarışığıdır. Avropa analitikləri artıq sağ partiyalarınmövqelərinin gücləndiyi bir vaxtda və miqrasiya, müdafiə vəiqtisadiyyat kimi əsas məsələlərdə mühüm qərarların qəbul edilməsizərurətini nəzərə alaraq, çoxsaylı münaqişələr və çətinliklərproqnozlaşdırırlar.

Yeni Avropa Komissiyasının tərkibinin formalaşdırılmasındayaranan gecikmələr sadəcə qanunauyğun deyil, həm də bir sırasiyasi, iqtisadi və sosial amillərlə dərin şəkildə əsaslandırılıb.Avropa İttifaqının bu nüfuzlu qurumunun hər yeni çağırışı ilə onunüzvlərinə daha geniş miqyaslı vəzifələr tapşırılır ki, bu danövbəti onilliklər ərzində ittifaqın inkişafını müəyyən edəcək.Ursula fon der Lyayen-in rəhbərliyi altında olan Avropa Komissiyasıhəm geosiyasi, həm də daxili siyasi çağırışlarla üzləşib ki, bu dayeni tərkibin razılaşdırılmasını çətinləşdirib.

Belə gecikmələrin əsas səbəblərindən biri Avropa Komissiyasınınmüasir dünya şəraitindəki rolunun gözlənilən transformasiyasıdır.Əgər 2019–2024-cü illər arasında fəaliyyət göstərən komissiyaCOVID-19 pandemiyası və Rusiyanın Ukraynaya qarşı təcavüzü kimigözlənilməz böhranlara reaksiya vermək məcburiyyətində idisə, yenitərkib daha strateji məsələlərlə məşğul olmalıdır. Burada söhbətAvropanın növbəti 10-20 ilinə təsir edəcək islahatlardan gedir. Buislahatlar pandemiyadan zərər çəkmiş iqtisadiyyatın yenidənnəzərdən keçirilməsi, Aİ-nin qlobal iqtisadi sistemdəki yeniyerinin tapılması və davam edən Ukrayna müharibəsi fonunda onunmövqeyinin gücləndirilməsi ilə əlaqəlidir.

Ursula fon der Lyayen Avropa Komissiyasının yeni tərkibini təkcəqlobal siyasətin fəal iştirakçısı deyil, həm də Avropa İttifaqıdaxilində mühüm amil etməyə çalışır. Onun ambisiyaları sisteminislah olunmasından ibarətdir ki, bu da namizədlərinrazılaşdırılmasında əlavə çətinliklər yaradır. Planlarınambisiyalılığı və radikal dəyişikliklərə meyllilik seçmə prosesinəöz təsirini göstərərək qərarların qəbulunu daha çətin və vaxtaparan edir.

Avropa Parlamentinin siyasi strukturunun parçalanması daəhəmiyyətli amillərdən biri olub. Əvvəllər əhəmiyyətli nüfuza malikolan siyasi qüvvələr - Avropa Xalq Partiyasından olan sağmərkəzçilər, sol mərkəzçilər və liberallar indi mövqeləriniitirirlər. Bu, təbii ki, razılaşdırma prosesinə təsir edir: Avropakomissarlarının tərkibi təkcə milli maraqları deyil, həm dəparlamentdəki müxtəlif qrupların siyasi oriyentasiyasını nəzərəalmalıdır. Yeni siyasi reallıq daha mürəkkəb balans tələb edir ki,bu da öz növbəsində danışıqların daha uzun və gecikmələrə səbəbolmasına gətirib çıxarır.

Fon der Lyayen üçün digər bir çağırış isə Avropa Komissiyasınıntərkibində gender bərabərliyinə nail olmaq səyləridir. O, Avropaİttifaqına üzv dövlətləri hər iki cinsdən - həm kişi, həm də qadınnamizəd irəli sürməyə çağırsa da, bir çox ölkələr bu tələbi yerinəyetirməyə hazır deyillər. Bəzi dövlətlərin ənənələri və siyasimədəniyyəti belə yenilikləri qəbul etməkdə çətinlik çəkir ki, bu datərkibin formalaşdırılma sürətinə təsir göstərir.

Daxili problemlərlə yanaşı, xarici amillər də öz rolunu oynayır.Bir sıra Avropa ölkələrindəki siyasi böhranlar Avropakomissarlarının vəzifələrə namizədliyini irəli sürmə prosesiniçətinləşdirir. Polşa və İtaliya kimi ölkələrdə keçirilən seçkilərvə siyasi dəyişikliklər bu prosesi əlavə olaraq ləngidir. Budövlətlərin daxili problemləri birbaşa olaraq Avropa İttifaqınınbütün strukturuna təsir edir.

Avropa Komissiyasının özünəməxsusluğunu da unutmamaq lazımdır.Bu orqan Avropa İttifaqı çərçivəsində böyük səlahiyyətlərəmalikdir: komissarlar büdcəni qəbul edir, qanunlar təklif edir,daxili və xarici siyasəti tənzimləyir və üzv dövlətlərdəkiqanunların icrasına nəzarət edirlər. Hər bir komissar ticarətdən vəiqlimin qorunmasından tutmuş, səhiyyə və təhlükəsizlik kimi müəyyənbir sahəyə cavabdehdir. Təbii ki, hər bir üzv dövlət ən nüfuzlu vətəsirli mövqeyə namizədini irəli sürməyə çalışır, bu daportfellərin bölüşdürülməsi prosesini çətinləşdirir.

Ukraynada davam edən müharibə fonunda Avropa İttifaqınınsiyasətinə göstərdiyi təsir nəticəsində Avropa İttifaqınıngenişlənməsi, müdafiə və təhlükəsizlik, sənaye və rəqəmsaltransformasiya ilə bağlı portfellər daha əhəmiyyətli hala gəlib. Bukontekst Avropa Komissiyasının ənənəvi prioritetlərini dəyişib vəbəzi dövlətlər portfellərin bölüşdürülməsi qaydalarının yenidənnəzərdən keçirilməsini tələb edirlər.

Avropa Parlamentinin daxilindəki siyasi parçalanma, sağçılarınartan təsiri və partiyalar arasında danışıqların mürəkkəbləşməsiyeni Avropa Komissiyasının tərkibinin formalaşdırılması prosesinidaha da uzadır və çətinləşdirir. Ursula fon der Lyayen, təcrübəlibir siyasətçi kimi, bu dəyişiklikləri nəzərə almağa və bütünfraksiyaların maraqlarını nəzərə alaraq yeni komanda qurmağaməcburdur. Xüsusilə, ECR fraksiyası kimi ultra-sağçılarla bağlıvəziyyət mürəkkəbdir, onların təsiri əhəmiyyətli dərəcədə artıb,lakin əsas postları əldə edə bilməyiblər.

Fon der Lyayen eyni zamanda sol partiyaların müqaviməti ilə dəqarşılaşır. Onlar onun ultra-sağlarla əməkdaşlığına tənqidiyanaşırlar. Sosialistlər və yaşıl partiyalar onun siyasətindəngetdikcə daha çox narazılıq ifadə edirlər ki, bu da yeni AvropaKomissiyasının tərkibində onların mövqelərinin zəifləməsinə səbəbola bilər.

Bütün bu çətinliklərə baxmayaraq, yeni Avropa Komissiyasınıntərkibi yenə də formalaşdırılacaq. Parlament qrupları arasındakıdanışıqlar davam edir və siyasi parçalanma prosesi çətinləşdirsədə, Ursula fon der Lyayen öz doğma partiyası olan Avropa XalqPartiyasına (ƏXP) arxalanacaq. Mümkündür ki, bu, komissarlarınəksəriyyətinin məhz bu siyasi qüvvəni təmsil etməsi ilənəticələnsin.

Tərkibin formalaşdırılmasında yaranan gecikmələr və tarixlərintəxirə salınması fon der Lyayen-ə həm Avropa Parlamentinindeputatları, həm də onun siyasi rəqibləri tərəfindən tənqidlərəsəbəb olur. Lakin bütün bu tənqidlərə baxmayaraq, o, yeni AvropaKomissiyasının işini noyabr ayında başlatmaq niyyətindədir. Ancaqekspertlər bu planların real olduğuna şübhə ilə yanaşırlar, hesabedirlər ki, komissarların səsverməsi noyabr ayından tez baştutmayacaq və komissiyanın faktiki fəaliyyəti yalnız dekabrdabaşlayacaq.

Bütün bu vəziyyətlər həm fon der Lyayenin nüfuzuna, həm də onunAvropa İttifaqını islah etmək üzrə iddialı planlarına təsir edir.Bu gecikmələr və siyasi fikir ayrılıqları onun mövqeləriniuzunmüddətli perspektivdə zəiflədə bilər, lakin onun əzmkarlığı vəsiyasi iradəsi, çox güman ki, ona uğur qazanmağa və öz iddialıislahatlarını həyata keçirməyə imkan verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
3
az.trend.az

4Источники