RU

"Cinemazadeh" və "Kontakt Home" arasında çəkişmə başa çatır

"Cinemazadeh" MMC və "Kontakt Home" əmtəə nişanının sahibi "ABC-Telecom" MMC arasında məhkəmə çəkişməsi başa çatır.

 

Pravda.az-ın xəbərinə görə, birincinin iddiası ilə bağlı iclas Ali Məhkəmənin hakimi Elşad Şamayevin sədrliyi ilə keçiriləcək. 

 

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir.

 

Qeyd: “Cinemazadeh” MMC 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur. “Cinemazadeh” MMC-yə bağlı olan eyni adlı studiyada filimlər çəkilir və dublyaj olunur. MMC-nin paytaxtın aparıcı kinoteatrlarına sahib olan “Cinema Plyus” şirkətinin baş direktoru Zaur Darab-zadənin dəstəyi ilə yaradılıb.  Daha əvvəl “Cinemazadeh” MMC-yə məxsus olan “cinemazadeh.az” saytının sahibi də Zaur Darab-zadə olub. “ABC-TELECOM” MMC isə 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-yə 2020-ci ilə qədər sabiq deputat Elnur Allahverdiyev rəhbərlik edib.


Xəyal Quliyev

Tarix: 20 Sentyabr 2024, 09:32   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
1
pravda.az

2Источники