Şəhid anasının oğlunun dəfnində gözündən bir damcı yaş axmadan məğrur şəkildə “Mənim balam şərəfli öldü, mən onunla fəxr edirəm, 100 oğlum olsa, 100-nü də Vətən üçün qurban verərəm” dediyini xatırlayıram.
Bu sözlər bir il əvvəl sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində şəhid olan polis Seymur Mahmudovun anası Gülnarə Mahmudovanın dilindən idi.
İndi isə bir ildən sonra söhbətimizə belə başlayırıq: “Qarabağı igid oğullarla bərabər, həm də o igidləri yetişdirən analar geri qaytardı”.
Şuşada çəkilən foto
Elə yorulmuşdum ki, meşədə bir həftə tək qalmaq istəyirdim
İlahi, görəsən, bu gün kimin evinə od düşdü?!
Açılmayan səhər
Başdaşı "ağlayan" şəhid