RU

İbrahim Rəisini də peycerlə öldürüblər?

Bu ilin mayında baş vermiş helikopter qəzası zamanı ölən İranın prezidenti İbrahim Rəisinin ölümünə dair daha bir iddia ortaya çıxıb. Tribunainfo.az xəbər verir ki, həmin iddianı ortaya atan SEPAH-a bağlı “Pelçikan.media” saytıdır.
Sayt yazır ki, Livanda bu günlərdə peycer olayından sonra ortaya yeni fotoşəkil çıxıb. İran nəşri qeyd edib ki, həmin fotoda İbrahim Rəisinin Pakistan nümayəndələri ilə keçirdiyi görüş zamanı əlində peycer əks olunub. “Mümkün ehtimallardan biri budur ki, həmin peycer helikopterdə də Rəisinin əlində olub. Məhz onun partlaması nəticəsində helikopter qəzaya uğraya bilər”.
Xatırladaq ki, iki gün əvvəl Livanda İrana bağlı Hizbullah təşkilatının əsas rabitə vasitəsi olan peycerlərdə kütləvi partlayış baş verib. Hadisə nəticəsində İranın Livandakı səfiri də daxil olmaqla, 3000-ə yaxın şəxs yaralanıb. 9 nəfər isə ölüb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
tribunainfo.az

1Источники