Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb .
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.04 ABŞ dolları, yaxud da 0.05 % azalaraq 76.97 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 0.36 ABŞ dolları və ya 0.48 % artaraq 75.08 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.