RU

Antoni Marsial Yunanıstan klubu ilə üçillik müqavilə imzaladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yunanıstanın AEK klubu Antoni Marsialla üçillik müqavilə imzalayıb.
Oxu.Az AEK klubunun rəsmi saytına istinadla xəbər verir ki, fransalı hücumçu ilə illik 3.5 milyon avroluq maaş qarşılığında razılıq əldə olunub.
AEK klubunun rəsmi saytında 28 yaşlı fransalı hücumçu üçün "Sehrbaz gəlir" sözləri işlədilib.
Xatırladaq ki, Antoni Marsial 2022-ci ildə "Sevilya" klubuna icarə əsasında transfer olunub və daha sonra yenidən "Mançester Yunayted"ə qayıdıb. Təcrübəli futbolçu iki mövsüm əsas heyətə düşə bilmədiyindən komandadan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Antoni Marsial karyerası ərzində 403 oyunda meydana çıxıb, 106 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
50
oxu.az

10Источники