RU

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib (FOTO)

Bakı. Trend:

Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən“Kəpənək” uşaq bağçasının açılışı olub.

Trend xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondununvitse-prezidenti Leyla Əliyeva iştirak edib.

"Kəpənək" məktəbəqədər təhsil müəssisəsinin direktoru YuliyaƏliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevayabağça barədə məlumat verib.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin əsas missiyasıuşaqların həm akademik, həm də sosial-emosional inkişafı üçün genişimkanlar yaratmaq və uşaqların məktəb mühitinə rahatinteqrasiyasına dəstək göstərməkdir.

“Kəpənək” uşaq bağçasında 3-6 yaşlı uşaqlar üçün məktəbəqədərtəhsil və qayğı xidməti olacaq. Burada 3-4, 4-5 və 5-6 yaş arasındaqruplar fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsi ilətanışlıq zamanı bildirilib ki, yüksəkkeyfiyyətli təhsillə yanaşı,uşaqların hərtərəfli inkişafı və sosial tədbirlərdə fəal iştirakıda diqqət mərkəzində olacaq. “Kəpənək” bağçası uşaqlar üçüntəhlükəsiz mühit olmaqla yanaşı, onların qayğı və sevgi ilə əhatəolunmasını hədəf götürüb. Həmçinin uşaqların həm əqli, həm dəkreativ inkişafı üçün dərsdənkənar fəaliyyət nəzərdə tutulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ikimərtəbədən ibarət bağçanın müxtəlif yaş qrupları üçün nəzərdətutulmuş otaqları ilə tanış olub, tədris barədə vacib tövsiyələrverib.

Qeyd olunub ki, burada uşaqların təlim-tərbiyəsinə cəlb olunanheyətin davamlı peşəkar inkişafına, müxtəlif təlimlərdə iştirakınaxüsusi önəm veriləcək. Bildirilib ki, məktəbəqədər təhsilmüəssisəsi təhsildəki yeniliklər və yeni trendləri izləməyi, ocümlədən Kembric proqramını keyfiyyətli tədris etmək üçün onlayntəlimlərə qoşulmağı da planlaşdırır.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Избранный
4
50
az.trend.az

10Источники