RU

Keçmiş komandan Kursk əməliyyatına qarşı – Ukrayna hakimiyyətində fikir ayrılığı

“Ukraynanın Kursk əməliyyatını fiasko adlandırmaq düzgün deyil. Çünki Ukrayna hərbçiləri müdafiə olunur, öz ərazilərini müdafiə edir və bu müdafiə formatı çərçivəsində onlar əks-hücuma keçiblər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında diplomat, politoloq Fikrət Sadıxov deyib.

Politoloq Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnının Kursk əməliyyatı ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.

F. Sadıxova görə, Kursk, Belqorod və Bryansk vilayətləri Ukrayna ilə həmsərhəd vilayətlərdir, lakin Ukrayna üçün Rusiyanın dərinliyinə getmək çətin olacaq:

“Hər halda, sərhədyanı vilayətlərdə öz mövqelərini möhkəmləndirmək artıq reallığa çevrilib. Çünki ukraynalılar oradan çıxmır, rus qoşunları çalışır ki, onları ərazidən təmizləsin, amma onlar bu istəklərinə nail ola bilmirlər.

O ki qaldı Ukrayna Silahlı Qüvvələrinin (USQ) keçmiş Baş Komandanı Valeri Zalujnının Kursk vilayəti ilə bağlı dediklərinə, əlbəttə ki, o, vəzifədən uzaqlaşdırılanda məlum oldu ki, generalın prezident Volodimir Zelenski ilə bir sıra məsələlərdə mövqeləri üst-üstə düşmür. Çox güman ki, Kurs əməliyyatı da həmin mövqelərin bir hissəsidir. Təbii ki, prezidentin tam səlahiyyətində idi ki, Zalujnını ordudan uzaqlaşdırsın və onu Böyük Britaniyaya səfir göndərsin”.

Politoloq diqqətə çatdırıb ki, Kursk əməliyyatı artıq başlayıb və ukraynalılar beləliklə də özlərini müdafiə edirlər:

“Amma bunun nə vaxtsa nəticəsi olmalıdır. Çünki əbədi olaraq bu müharibə davam edə bilməz və hər iki tərəf başa düşməlidir ki, gec-tez atəşkəs elan edilməli və tərəflər masa arxasına əyləşməlidirlər. Bu reallığı əks etdirən bir vəziyyətdir”.

Xatırladaq ki, “Politico” nəşri Ukrayna siyasi dairələrindəki mənbələrinə istinadla ötən gün məlumat verib. Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin (USQ) keçmiş Ali Hərbi Baş komandanı Valeri Zalujnı ordunun Kursk vilayətində əməliyyatına qarşı çıxıb.

Nəşrin məlumatına görə. USQ-nin bəzi komandirləri, xüsusən də Valeri Zalujnıy və 80-ci hava desant-hücum briqadasının keçmiş komandiri Emil İşkulov Kursk vilayətində keçirilən əməliyyata etiraz ediblər. Bildirilir ki, Zalujnı sərhəddə sıçrayışdan sonra fəaliyyət planının olmamasından narahat idi, İşkulov isə itkilərin artmasından və briqadanın zəifliyindən qorxurdu.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
yenicag.az

1Источники