“Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır”.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.
O bildirib ki, hər iki ölkənin xüsusi nümayəndələri arasındakı danışıqlar Türkiyənin Ermənistanla bağlı yanaşmasındakı dəyişiklikdə rol oynayıb.