RU

Paşinyana gələn xəbər durumu dəyişdi – Makronla bağlı iddia yalan çıxdı

Ermənistan Baş naziri Nikol Paşinyanın oktyabrın 4-5-də Parisdə keçiriləcək Frankofoniya Sammitinə dəvət olunmasından sonra Fransa Prezidenti Emmanuel Makronun İrəvana səfəri perspektivi daha da bulanıqlaşıb.Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.Ötən həftə Fransa xarici işlər naziri Stefan Sejurn Ermənistanda olub. Nəşr bildirir ki, Sejurnun Ermənistana səfəri və Paşinyanın Parisə dəvət edilməsi Makronun İrəvana gəlməyəcəyini qətiləşdirir.2021-ci il iyunun 1-də Paşinyan Parisdə Makronla görüşərkən, onu həmin ilin payızında İrəvanda gözlədiyini demişdi. Amma səfər baş tutmayıb. Yaxın günlərdə Fransa prezidentinin sentyabrın 21-də səfər edəcəyi xəbəri yayılsa da, hələlik bununla bağlı qəti bir şey yoxdur.

Избранный
1
1
dia-az.info

2Источники