RU

Hərbi Hava Qüvvələrinin Komandanı Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü- FOTO

Image

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə Ankarada səfərdədir.

Müdafiə Nazirliyindən bildirilib ki, səfər çərçivəsində general-leytenant N.İslamzadə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Ordu generalı Z.C.Kadıoğlunun da iştirak etdiyi görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
20
baki-xeber.com

10Источники