RU

Qəzzada ölənlərin sayı 42 minə çatır

7 oktyabr 2023-cü ildən bəri İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 252-yə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyinin açıqlamasında İsrailin 347 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 3  hücum həyata keçirdiyi və bu hücumlarda daha 26 fələstinlinin həyatını itirdiyi, 84 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 min 252-yə, yaralıların sayının isə 95 min 497-yə yüksəldiyi qeyd edilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
7
cebheinfo.az

10Источники