RU

“Nar”dan daha bir sosial aksiya

Son yeniləmə: 17 Sentyabr 2024 09:30 BAYRAQDAR MEDİA – “Nar” YAŞAT Fondu ilə birgə bütün ölkə ərazisində yeni dərs ilinin ilk günü münasibətilə qəhrəman şəhidlərin övladlarını təbrik edib və onlara zəruri dərs ləvazimatları hədiyyə edib.BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, bu təşəbbüslə “Nar” şəhidlərin əziz xatirəsini yaşadaraq, onların övladlarının yeni tədris ilinə sevinc və ruh yüksəkliyi ilə başlamasına dəstək olub.Məlumata görə, “Nar”ın dəstəyi ilə təşkil edilən layihə çərçivəsində 792 şəhidin 1-11-ci siniflərdə təhsil alan 1365 məktəbli övladına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları xüsusi qürurla təqdim edilib.“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova məktəbliləri təbrik edib və bildirib: “Məqsədimiz qürur mənbəyimiz olan şəhidlərimizin övladlarının gələcəyə ümidlə baxaraq dərslərinə daha böyük həvəslə və tam hazırlıqlı başlamasını təmin etməkdir. Bu yeni tədris ilində onlara böyük uğurlar arzulayırıq və bilirik ki, hər biri qarşıda çoxsaylı nailiyyətlər qazanacaq”.Məlumatda o da vurğulanır ki, “Nar” hər zaman şəhid ailələrinə və onların övladlarına dəstək göstərməyi öz əsas dəyərlərindən biri olaraq qəbul edir: “Bu layihə “Nar”ın şəhid ailələrinə qayğı göstərərək vətən qarşısında öz borcunu yerinə yetirmək istiqamətində atdığı növbəti addımdır. Operatorun həyata keçirdiyi bütünsosial layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
36
bayraqdar.info

10Источники