RU

Hindistanda yağışlar 170-dən çox can aldı

Hindistanın Himaçal-Pradeş ştatının şimalında iyun ayında musson mövsümünün gəlişindən bəri yağan güclü yağışlar nəticəsində 170-dən çox insan həyatını itirib.

Olaylar bildirir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Pis hava şəraiti səbəbindən Himaçal-Pradeşdə yollar su altında qalıb, elektrik enerjisində problemlər yaranıb. Təbii fəlakət nəticəsində ştatın infrastrukturuna dəyən ziyan 13.2 milyard hind rupisi (158 milyon dollardan çox) təşkil edib.

Hindistanda musson mövsümü adətən iyunun əvvəlində başlayır. Daha sonra şimala doğru hərəkət edir və adətən iyulun ortalarına qədər bütün ölkəni əhatə edir. Mussonlar sentyabrın sonu - oktyabrın əvvəlində bitir. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
4
olaylar.az

10Источники