RU

Tramp sui-qəsddə Bayden və Harrisi günahlandırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iddia edib ki, hazırkı prezident Co Bayden və vitse-prezident Kəmalə Harris onun həyatına sui-qəsd cəhdinə səbəb olan ritorikadan istifadə ediblər. 

Bizimxeber.az bildirir ki, Trampın fikrincə, Bayden və Harris tərəfindən istifadə edilən siyasi ritorika ona qarşı törədilən hadisəni birbaşa təhrik edib.

Keçmiş prezident bu barədə “Fox News”a verdiyi müsahibədə danışıb. O bildirib ki, saxlanılan şəxs Bayden və Harrisin ritorikasına inanaraq ona uyğun hərəkət edib:

“Onların ritorikası mənə qarşı silahlı hücumlara gətirib çıxarır. Halbuki mən ölkəni xilas etməyə çalışıram, onlar isə ölkəni daxildən və xaricdən dağıdırlar,” – deyə Tramp bildirib.

Donald Tramp əlavə edib ki, Bayden və Harrisin ona qarşı apardığı “siyasi hücumlar və məhkəmə iddiaları” təhlükə yaradır. O, bu təhlükənin ona qarşı həyata keçirilmiş sui-qəsd cəhdini təhrik etdiyini düşünür.

Sentyabrın 15-də Florida ştatında yerləşən Trampın qolf klubunun yaxınlığında baş verən atışma zamanı eks-prezidentin təhlükəsiz olduğu təsdiqlənib. Tramp, sui-qəsd cəhdindən sonra ABŞ Məxfi Xidmətinə və digər hüquq-mühafizə orqanlarına onların “mükəmməl işinə” görə təşəkkür edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
bizimxeber.az

1Источники