RU

“Şəki” heyətini amerikalı oyunçu ilə gücləndirdi

"Şəki" basketbol klubu heyətini ABŞ-li oyunçu ilə gücləndirib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsüm Albaniyada çempion olmuş Aleks Koldvell əyalət təmsilçisinin uğurları üçün çalışacaq.

24 yaşlı oyun qurucu son olaraq "Beselidya" kollektivində çıxış edib.

"Şəki" amerikalı basketbolçulardan Kris Barton, Karl Conzu, yerli oyunçu statusunda olanlardan Ərcan Donat və Əbdülmətin Quliyevi sıralarına cəlb edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
6
rekord.az

7Источники